Digər
Tramp xəbərdarlıq etdi: FES faizləri aşağı salmasa...
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sistemi (FES) əsas faiz dərəcəsini aşağı salmasa, bəzi ölkələrlə ticarətin dayandırıla biləcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, Tramp bu qərarı verməkdə “başqa seçiminin olmadığını” bildirib.
ABŞ Prezidenti qeyd edib ki, ölkənin digər dövlətlərlə böyük ticarət kəsiri yaranmasına yol verilə bilməz.
Qeyd edək ki, FES iyulun sonunda əsas faiz dərəcəsini 3,5-3,75 faiz səviyyəsində saxlayıb. Tənzimləyicinin növbəti iclası sentyabrın 15-16-da keçiriləcək.
Mənbə
axar.az