Dünya
İran müdafiə üçün könüllülər ordusu yaradır: Milyonlarla müraciət var
İranda ABŞ-nin hücumundan müdafiə məqsədilə "Özünü fəda edənlər" kampaniyası çərçivəsində mindən çox könüllü batalyonu yaradılacaq. Oxu.Az xəbər verir ki, bu barədə kampaniyanın qərargahının bəyanatında deyilir. Məlumata görə, ölkənin hər bir sakini kampaniyada iştirak edə və İranı müdafiə etmək üçün könüllü kimi qeydiyyatdan keçə bilər. Qeyd olunur ki, müraciət edənlərin sayının çox olması səbəbindən min batalyonun yaradılması qərara alınıb. Bundan sonra, sentyabrın 15-də bütün qeydiyyatdan keçmiş könüllülər hərbi hazırlıq və ilkin tibbi yardım kurslarından keçə biləcəklər. Saytdakı məlumatlar göstərir ki, hazırda kampaniyanın təşkilatçıları 31,5 milyondan çox müraciət alıblar.
Mənbə
oxu.az