Cəmiyyət
Azərbaycanda bəzi hallarda cinayət məsuliyyəti aradan qalxır - Qanun nə deyir? - VIDEO
Cinayət məsuliyyəti hüquqi məsuliyyətin ən ağır növü olub, cinayət törətmiş şəxsin dövlət adından məhkum edilməyə, cəza çəkməyə və bununla bağlı yaranan hüquqi məhdudiyyətlərə məruz qalmaq vəzifəsidir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu şəxsin hansı hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməməsi ilə bağlıdır. Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə, cinayət törədildiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: - böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; - az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; - ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; - xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.
Müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddət dayanır. Bu halda müddət həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə həmin şəxsə ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin edə bilməz. Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlər, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.

Mənbə
oxu.az