Dünya

İran ABŞ ilə danışıqların aparılması üçün əsas şərtini açıqladı

12 Sep 2026, 14:56 2 baxış
İran ABŞ ilə danışıqların aparılması üçün əsas şərtini açıqladı
"Vaşinqton Tehranın tələblərini yerinə yetirməyənə qədər İran ABŞ ilə heç bir danışıq aparmayacaq". Oxu.Az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi özünün "X" sosial şəbəkə hesabında açıqlama yayıb. "Heç bir danışıq olmayacaq. İranın şərtləri qəbul edilənə qədər hər hansı bir müzakirə mənasızdır", - deyə komitə sədri vurğulayıb. Xatırladaq ki, avqustun sonlarında ABŞ İrana qarşı "iqtisadi təcrid" adlı xüsusi əməliyyata başlayıb. Bu həmlənin əsas məqsədi İranı maliyyə cəhətdən blokadaya almaqdır. Vaşinqton Tehranın gəlir mənbələrini kəsməyi planlaşdırır və İranla əməkdaşlığı davam etdirən, o cümlədən bu dövlətin neftini alan və daşıyan üçüncü ölkə təşkilatlarını təkrar sanksiyalar tətbiq etməklə hədələyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər