Digər

İranda silahlı toqquşma: 3 SEPAH üzvü öldürüldü

12 Sep 2026, 15:47 3 baxış
İranda silahlı toqquşma: 3 SEPAH üzvü öldürüldü

SEPAH ilə Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində terror aktı həyata keçirməyə hazırlaşan peşəkar terrorçu qrup arasında silahlı toqquşma baş verib.


Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.


Məlumata görə, toqquşma nəticəsində terrorçu qrupun 4 üzvü öldürülüb.


Bildirilib ki, bu gün günortaya qədər davam edən əməliyyat zamanı SEPAH-ın 3 əməkdaşı da həyatını itirib.


Bundan başqa, terrorçu qrupun gizləndiyi yerdən bir sıra silahlar, müəyyən miqdarda sursat və partlayıcı maddələr aşkarlanaraq götürülüb.


SEPAH əlavə edib ki, öldürülən terrorçuların sayının artacağı ehtimal olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər