İqtisadiyyat

ABŞ-Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ "ticarət savaşı"ndan daha dərindir?

12 Sep 2026, 15:48 4 baxış
ABŞ-Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ "ticarət savaşı"ndan daha dərindir?
Çin iqtisadiyyatının son illərdə qlobal ticarətdə artan rolu və ABŞ ilə iqtisadi rəqabəti dünya iqtisadi gündəminin əsas mövzularından birinə çevrilib. Çin bir çox ölkə üçün əsas əmtəə və istehsal bazası kimi çıxış etdiyi halda ABŞ maliyyə institutları, innovasiya və strateji texnologiyalar sahəsində üstün mövqeyini qoruyur. Mövzu ilə bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov isə iki ölkə arasındakı münasibətləri klassik "ticarət savaşı"ndan daha çox iqtisadi maraqların yeni müstəvidə formalaşması prosesi kimi qiymətləndirməyin tərəfdarıdır. Onun sözlərinə görə, Çin iqtisadiyyatı bu gün dünya iqtisadiyyatında bir çox ölkələrin əmtəə bazasıdır: "Demək olar, elə bir ölkə yoxdur ki, Çinlə ticarət dövriyyəsi mərhələli şəkildə artmasın".
O, ABŞ ilə Çin arasındakı iqtisadi qarşıdurmaya da münasibət bildirib: "ABŞ və Çin iqtisadiyyatlarının, ümumiyyət ticarət platformalarının, mövqelərinin uzlaşdırılmasının heç vaxt tərəfdarı olmamışam. Çünki fərqli çəkilərdir. Bu gün Çin iqtisadiyyatı dünya bazarlarında əmtəə bazası kimi çıxış edirsə, Amerika Birləşmiş Ştatları institutsional səviyədə maliyyə institutu kimi, eyni zamanda innovativ, strateji vacib texnologiyalarla çıxış edir. Bu iqtisadiyyatların müqayisəsi, fikrimcə, institutsional səviyyədə uyğun olmaz. Ancaq onların arasındakı "ticarət savaşı" sadəcə olaraq termindir. Amerika Birləşmiş Ştatları 1970-ci illərdə Çin modelini yaradanda (1970-ci illərin sonunda Çin lideri Deng Şiaopinq tərəfindən "islahat və şəffaflıq" siyasəti ABŞ ilə qurulan bu siyasi modelin yüksəldilməsi ilə başladı. Çin ABŞ və Qərb investisiyaları, texnologiyaları üçün öz bazarlarını açdı və sürətli iqtisadi artım dövrünə qədəm qoydu - red.) münasibətlərin indiki mərhələyə çatacağını, bu cür inkişafı və imkanlarının əldən çıxacağını gözləmirdi". "Lakin hazırki vəziyyətdə Amerika Birləşmiş Ştatları ilə Çin arasında sadəcə olaraq maraqların öz məcrasına çəkilməsi yönündə proses gedir. Bu da rəqabətyönümlü bazarda iki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin mübarizəsi baxımından təbii bir haldır", - deyə ekspert vurğulayıb.
ABŞ-Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ "ticarət savaşı"ndan daha dərindir? ABŞ-Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ "ticarət savaşı"ndan daha dərindir?
Mənbə oxu.az

Oxşar Xəbərlər