Cəmiyyət
Bakıda ağır qəza: Qadını vurdu, sonra “Prius”a çırpıldı
Bakıda avtomobil piyadanı vurub.
Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Namik Natiq oğlu Şahverənov idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə Ramıla İldırım qızı Seydicanovanı vurub. Daha sonra “Toyota Prius” markalı avtomobilə çırpılıb.
Nəticədə R.Seydicanova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Mənbə
axar.az