İdman

"Sabah" ÇL-in tarixinə düşdü

11 Sep 2026, 12:11 29 baxış
"Sabah" ÇL-in tarixinə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında maraqlı göstəriciyə imza atıb.


Axar.az "Onefootball" nəşrinə istinadla xəbər verir ki, bu, paytaxt təmsilçisinin İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirdiyi Liqa mərhələsinin I turunun oyununda gerçəkləşib.


Azərbaycan çempionunun heyətində meydana çıxan 11 futbolçunun hamısı fərqli ölkələri təmsil edib. Bu da qitənin ən nüfuzlu klub turnirinin tarixində bir ilkdir.


Xatırladaq ki, "Sabah" səfərdə rəqibinə 0:4 hesabı ilə uduzub.

Mənbə axar.az

Oxşar Xəbərlər