Dünya

Danimarkadan radikal addım: Məktəblərdə mobil telefonlar tam qadağan edilir

11 Sep 2026, 04:31 28 baxış
Danimarkadan radikal addım: Məktəblərdə mobil telefonlar tam qadağan edilir
"Danimarkada məktəblərdə mobil telefonların istifadəsinə tam qadağa qoyulmalıdır". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Baş nazir Mette Frederiksen bəyan edib. "Qadağa həm siniflərdə, həm də məktəb həyətlərində qüvvədə olmalıdır", - deyə o bildirib. Təxminən bir il əvvəl ibtidai məktəblərdə mobil telefonların qadağan edilməsi barədə artıq siyasi razılaşma əldə olunmuşdu. Lakin parlament seçkisinin keçirilməsi səbəbindən qanun layihəsi qəbul edilməmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər