İdman

Çempionlar Liqasında ilk tur başa çatdı: "Bavariya"dan darmadağın, "Komo"dan tarixi qələbə - VİDEO

11 Sep 2026, 01:04 13 baxış
Çempionlar Liqasında ilk tur başa çatdı: "Bavariya"dan darmadağın, "Komo"dan tarixi qələbə - VİDEO
UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün ilk turu başa çatıb. Oxu.Az xəbər verir ki, Liqa mərhələsinin birinci turuna "Bavariya" - "Budyo Qlimt", "Komo" - "Leypziq", "Mançester Yunayted" - "Sabah", "Slaviya Praqa" - "Lans" matçları ilə yekun vurulub. Almaniya çempionu "Bavariya" Norveç təmsilçisinin sensasiyaya imza atmasına imkan verməyərək, rəqibini 5:0 hesabı ilə məğlub edib. Qolları Camala Musiala, Harri Keyn, Alfonso Devis və Maykl Olise (dubl) vurublar.

Turnirin debütantı "Komo" "Leypziq"i 4:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasında ilk qələbəsini qazanıb. Ev sahiblərindən Martin Baturina, Anastasios Duvikas, Assane Diao və Maksimo Perrone, qonaqlardan isə Andriya Maksimoviç fərqlənib. Digər matçlarda aşağıdakı nəticələr qeydə alınıb: "Fənərbağça" - "Roma" - 1:1; "PSV Eyndhoven" - "Şaxtyor Donetsk" - 1:1; "Mançester Yunayted" - "Sabah" - 4:0; "Slaviya Praqa" - "Lans" - 2:3.
Mənbə oxu.az

Oxşar Xəbərlər