Dünya

Kabarda-Balkar dağlarında uçqun: Ölənlərin sayı artdı

10 Sep 2026, 23:52 43 baxış
Kabarda-Balkar dağlarında uçqun: Ölənlərin sayı artdı
Xilasedicilər Kabarda-Balkarın Bezengi dərəsində uçqun altında qalan daha bir alpinistin meyitini tapıblar. Bununla da həlak olanların ümumi sayı 15 nəfərə çatıb. Oxu.Az bu barədə "Kommersant"a istinadən xəbər verir. Daha iki alpinist haqqında hələ də heç bir məlumat yoxdur. Bu gün tapılan meyit helikopterlə Nalçikə təxliyə edilib və hüquq-mühafizə orqanlarına təhvil verilib. Axtarış-xilasetmə işləri Bakı vaxtı ilə saat 20:00-dək davam edib. Hava şəraitinin pisləşməsi və qar-buz kütləsinin uçması təhlükəsi səbəbindən işlər dayandırılıb. Xilasedicilər itkin düşən alpinistlərin axtarışını sentyabrın 11-də davam etdirəcəklər. Alpinistlər qrupu sentyabrın 6-da Mijirgi dağının yamacından gələn qar uçqununun altında qalıb. Qrupda ümumilikdə 33 nəfər olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər