İdman

Qadınlara qarşı ayrı-seçkilik PSJ-yə baha başa gəldi

10 Sep 2026, 14:20 2 baxış
Qadınlara qarşı ayrı-seçkilik PSJ-yə baha başa gəldi
Fransanın PSJ klubu gender bərabərliyi qaydalarına əməl etmədiyinə görə 2.7 milyon avrodan çox cərimələnib. Oxu.Az xəbər verir ki, Paris İnzibati Məhkəməsi klubun 2 milyon 728 min 468 avro cərimə ödəməsi barədə qərarı qüvvədə saxlayıb. Qərar Fransa Əmək Müfəttişliyinin 2024-cü ilin martında verdiyi qərarla bağlıdır. PSJ 2022-ci ildəki gəlirinin 0.5 faizi həcmində cərimələnib. Buna səbəb klubda qadın əməkdaşların ən yüksək maaş alan 10 işçi arasında kifayət qədər təmsil olunmaması olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər