Mədəniyyət

Xalq rəssamı: "Götürüb tarı çırpdım qayaya, qolu ilə çanağı iki yerə parçalandı"

10 Sep 2026, 14:52 4 baxış
Xalq rəssamı: "Götürüb tarı çırpdım qayaya, qolu ilə çanağı iki yerə parçalandı"
"Götürüb tarı çırpdım qayaya, tarın qolu ilə çanağı iki yerə parçalandı". Oxu.Az xəbər verir ki, bu sözləri "Report"a Xalq rəssamı Qəyyur Yunus deyib. "Altıncı sinifdə oxuyurdum, atam mənə demədən mənim üçün tar almışdı. Anama deyibmiş ki, istəyirəm, musiqiçi olsun. Amma mən elə lap uşaq yaşlarından orada-burada rəsmlər çəkirdim. Anamdan bunu eşidəndə dedim ki, axı mən istəmirəm, mən rəssamlığı istəyirəm. Atam bunu eşidib çox əsəbiləşdi, dedi ki, olmaz, sən tarı öyrənəcəksən. Haradasa, altı ay musiqi məktəbinə getdim, zor-güc nələrsə öyrənməyə çalışdım. Bezmişdim, heç yaxşı mənimsəyə də bilmirdim, sözün düzü. Birtəhər "Çahargah" muğamının bir hissəsini öyrəndim. Səhər məktəbə, günorta musiqi dərsinə... Beləcə, altı ay dözə bildim, günlərin bir günü evin yuxarı tərəfindəki qayalıqda təklikdə oturub düşünməyə başladım. Çarə axtarırdım. Bilirdim ki, atamı yola gətirmək müşkül məsələdir. Nə edim, necə edim, axırı götürüb tarı çırpdım qayaya. Tarın qolu ilə çanağı iki yerə parçalandı".
Mənbə oxu.az

Oxşar Xəbərlər