Cəmiyyət

Naxçıvanın bəzi əraziləri QAZSIZ QALDI

10 Sep 2026, 10:22 16 baxış
Naxçıvanın bəzi əraziləri QAZSIZ QALDI
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad və Culfa rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranıb. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 10-u saat 10:00-dan etibarən, Ordubad rayonu, Culfa rayonunun Yaycı, Dizə, Gal və Şurud kəndləri, həmçinin Culfa şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılıb. Qazın verilişi işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər