Cəmiyyət

Qəza edən xanım sürücü belə xilas edildi - Video

10 Sep 2026, 10:10 31 baxış
Qəza edən xanım sürücü belə xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qax rayonu, Suskənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin yanğısöndürən-xilasediciləri cəlb edilib.


FHN-dən Axar.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMV markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.


Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1985-ci il təvəllüdlü İradə Nürəddin qızı İsmayılovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Mənbə axar.az

Oxşar Xəbərlər