Dünya
Britaniyalı qadın burrito yeməklə Ginnesin Rekordlar Kitabına düşdü - FOTO - VİDEO
Sürətli yemək yemə nailiyyətləri ilə tanınan britaniyalı Liya Şatkever növbəti dəfə zamana qarşı yarışa çıxıb. Oxu.Az Ginnesin Rekordlar Kitabının rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə o, standart ölçülü burritonu cəmi 30.75 saniyəyə yeyib.
Rekord avqustun 4-də təşkilatın Londondakı qərargahında qeydə alınıb. Britaniyalı qadın burritonun ən sürətli yeyilməsi üzrə rekordla yanaşı, daha iki Ginnes rekorduna imza atıb: Bir dəqiqəyə 8 ədəd çurrosun yeyilməsi; 60 saniyəyə ən çox - 613 qram (1.35 funt) çiyələyin yeyilməsi. Hazırda Şatkeverin hesabında ümumilikdə 42 dünya rekordu var. Şatkever burrito yemək üzrə rekordu ilk dəfə 2019-cu ildə müəyyənləşdirib, daha sonra 2022-ci il fevralın 9-da İtaliyanın Milan şəhərində keçirilən "Lo Show dei Record" şousunda burritonu 32.35 saniyəyə yeməklə öz göstəricisini təzələyib. Sonradan, 2022-ci il oktyabrın 22-də onun rekordunu tapşırığı 31.47 saniyəyə yerinə yetirən amerikalı mütəxəssis Miki Sudo yeniləyib. İndi isə Şatkever Sudonun nəticəsini geridə qoyaraq titulunu özünə qaytarıb.
{{gallery}}

Mənbə
oxu.az
Oxşar Xəbərlər