İdman

Messi daha bir futbol klubunu satın alır

09 Sep 2026, 04:20 5 baxış
Messi daha bir futbol klubunu satın alır
Argentinalı hücumçu Lionel Messi İspaniyanın ikinci divizionunda (Sequnda) çıxış edən "Eldense" futbol klubunun alınması barədə prinsipial razılıq əldə edib. Oxu.Az bu barədə "Marca" nəşrinə istinadən xəbər ki, Messi klubun səhmlərinin 100%-ni satın almaq niyyətindədir. "Eldense" Elda şəhərində (Alikante əyaləti) yerləşir. Messi "İnter Mayami"dəki karyerasını başa vurduqdan sonra məhz orada məskunlaşmağı planlaşdırır. Müqavilə yekun mərhələdədir: tərəflər hüquqi prosedurları tamamlamaq üzrədirlər. Xatırladaq ki, aprel ayında Messinin Barselona əyalətinin Baş-Lyobreqat bölgəsini təmsil edən "Kornelya" klubunu da satın aldığı məlum olmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər