Dünya

Co Bayden memuarları üzərində işləməsindən danışıb

09 Sep 2026, 03:32 3 baxış
Co Bayden memuarları üzərində işləməsindən danışıb
ABŞ-nin keçmiş prezidenti Co Bayden onkoloji xəstəliyin ona xatirələrini tamamlamağa mane olmadığını bildirib. Oxu.Az xəbər verir ki, Bayden bu barədə "X" sosial şəbəkəsində yazıb. "Ötən payız keçirilən şüa terapiyası planlaşdırıldığı kimi təsir göstərdi və mən özüm üçün əhəmiyyətli olan işləri, məsələn, xatirələrimi tamamlamağı davam etdirirəm", - deyə o qeyd edib. Keçmiş prezident onkoloji xəstəliyi nəzarətdə saxlamağa imkan verən işlərinə görə həkimlərə təşəkkür edib. Bayden həmvətənlərini 50 yaşından başlayaraq ən azı iki ildə bir dəfə, risk qrupunda olanları isə 45 yaşından etibarən sağlamlıqlarını yoxlatdırmağa çağırıb. 2026-cı il avqustun əvvəlində Baydenin oğlu Hanter 83 yaşlı ABŞ-ın keçmiş liderinin səhhətinin kəskin pisləşdiyini bildirib - buna prostat xərçəngi səbəb olub. Onun sözlərinə görə, onkoloji xəstəlik sümüklərə metastaz verib və atasına güclü ağrı yaşadır.
Mənbə oxu.az

Oxşar Xəbərlər