Dünya

Xərçəngin gözardı edilən simptomları - Mütəxəssis əhəmiyyətsiz görünən əlamətlərlə bağlı xəbərdarlıq etdi

09 Sep 2026, 03:48 3 baxış
Xərçəngin gözardı edilən simptomları - Mütəxəssis əhəmiyyətsiz görünən əlamətlərlə bağlı xəbərdarlıq etdi
Qan xərçəngi simptomlarını həddindən artıq yorğunluq və stresin nəticələri ilə asanlıqla qarışıq salmaq olar. Oxu.Az xəbər verir ki, bu barədə həkim Çun Tanq "Surrey Live" nəşrinə müsahibəsində danışıb. Mütəxəssis qeyd edib ki, insanlar əksər hallarda onlara əhəmiyyətsiz və keçici görünən simptomları gözardı edirlər. Bu simptomlar gecə tərləmələri, dəridə qaşınma, başağrıları və ya bədəndə səbəbsiz yaranan göyərmələr ola bilər. Xəstəlik, həmçinin tez-tez başgicəllənməyə, qeyri-adi qanaxmaya, nəfəs darlığına və solğun dəriyə səbəb ola bilər. Həkim bu cür simptomlar uzun müddət davam edərsə və tədricən artarsa, görməməzlikdən gəlməməyi tövsiyə edib. O vurğulayıb ki, qeyri-adi dəyişiklikləri yaşla və ya gərgin qrafiklə əlaqələndirmək təhlükəli ola bilər. Mütəxəssis, həmçinin sağlamlıq vəziyyətini qida əlavələri vasitəsilə özbaşına yaxşılaşdırmağa çalışmamağı da məsləhət görüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər