Cəmiyyət

"Partlayış da olub, qorxa-qorxa yaşayırıq" - Yaşayış binasının sakinlərinin FƏRYADI - VİDEO

08 Sep 2026, 23:48 2 baxış
"Partlayış da olub, qorxa-qorxa yaşayırıq" - Yaşayış binasının sakinlərinin FƏRYADI - VİDEO
Mingəçevir şəhərinin Şah İsmayıl Xətai küçəsində yerləşən binanın sakinləri Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Onlar bildirirlər ki, binanın dam örtüyü sıradan çıxdığından yağış suları evlərə, hətta zirzəmiyə qədər gəlib çatır. Təxminən 40 il əvvəl tikilən binada 100-dən artıq sakin yaşayır. Onlar hazırda binanın qəzalı olduğunu və müraciətlərinə baxılmadığını bildirirlər.

"Armaturların hamısı çöldədir. Bir dəfə də partlayış olub. Vallah, qorxa-qorxa yaşayırıq", - sakinlərdən biri deyib. Digər sakin isə bildirib ki, bina kooperativ olduğu və dövlət balansında olmadığı üçün baxımsız vəziyyətdə qalıb: "Dəmir armaturlar çöldədir, yağış suyu isə evlərə dolur. Sakinlər öz vəsaitləri hesabına müəyyən işlər görə biliblər. Amma son 15-18 il ərzində heç nə edə bilmirik, büdcəmiz buna imkan vermir".
Mənbə oxu.az

Oxşar Xəbərlər