Cəmiyyət

Qatarın vurduğu Rahilin başı telefona qarışıbmış

09 Sep 2026, 00:22 4 baxış
Qatarın vurduğu Rahilin başı telefona qarışıbmış

Xəbər verdiyimiz kimi, Şəmkirdə 24 yaşlı gənc oğlanı hərəkətdə olan sərnişin qatarı vuraraq öldürüb.


Axar.az Gencexeber.az-a istinadla xəbər verir ki, hadisə Bakı–Böyük Kəsik–Gürcüstan dəmir yolu xəttinin rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində baş verib.


2002-ci il təvəllüdlü Rahil Vəliyev dəmir yolu xəttində olarkən Tiflis–Bakı istiqamətində hərəkət edən sərnişin qatarının vurması nəticəsində ağır xəsarətlər alıb. Gənc hadisə yerində həyatını itirib. Mərhumun yaxınlarının sözlərinə görə, Rahil dəmir yolu xəttinin üzərinə oturub və başı mobil telefonuna qarışıb.


Mərhumun qohumu Fərman Əliyev bildirib ki, Rahil sakit və zəhmətkeş insan olub.


Hadisə ilə bağlı Azərbaycan Dəmir Yolları QSC (ADY) də məlumat yayıb. Qurumun açıqlamasında qeyd olunub ki, hadisə gecə saat 02:00 radələrində Zəyəm–Dəllər sahəsində baş verib.


Məlumata görə, 135 km/saat sürətlə hərəkət edən Tiflis–Bakı qatarının qarşısına qəfil bir nəfər çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafənin qısa olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb. Nəticədə həmin şəxs həyatını itirib.


Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər