Dünya

Vuçiç Serbiyada parlament seçkisinin vaxtını AÇIQLADI

09 Sep 2026, 01:00 3 baxış
Vuçiç Serbiyada parlament seçkisinin vaxtını AÇIQLADI
"Serbiyada növbədənkənar parlament seçkisi oktyabrın 25-də keçiriləcək". Oxu.Az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç RTS telekanalına müsahibəsində bildirib. O, parlamentin buraxılması və seçkinin keçirilməsi barədə fərman imzalayacağını deyib. "Seçki kampaniyasının bütün iştirakçılarını insanlara yol tapmağa, onların ehtiyaclarını və problemlərini nəzərə almağa, özlərini düşünməməyə, zorakılığa əl atmamağa çağırıram... Əgər rəqiblərim qalib gəlsələr, onları təbrik edəcəyəm, qəzəblənməyəcəyəm, məni təbrik etməsələr də, buna öyrəşmişəm", - deyə siyasətçi bildirib. O, sentyabrın 9-da daha ətraflı məlumat verəcəyini vəd edib. Qeyd edək ki, ölkənin hakim Serbiya Tərəqqi Partiyasının (STP) rəhbərliyi qarşıdan gələn parlament seçkisində Aleksandar Vuçiçi baş nazir vəzifəsinə namizəd seçib. Prezidentlik müddəti 2027-ci ildə başa çatan Vuçiç bundan əvvəl istefa vermək niyyətində olduğunu bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər