Siyasət

Azərbaycanın Türkiyədəki yeni səfiri etimadnaməsini Rəcəb Tayyib Ərdoğana təqdim edib - FOTO

09 Sep 2026, 00:24 4 baxış
Azərbaycanın Türkiyədəki yeni səfiri etimadnaməsini Rəcəb Tayyib Ərdoğana təqdim edib - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovu qəbul edib. Oxu.Az xəbər verir ki, azərbaycanlı diplomat etimadnaməsini Türkiyə dövlət başçısına təqdim edib. R.Aslanov bundan əvvəl Azərbaycanın İtaliyada, eyni zamanda San-Marino və Maltada səfiri, habelə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu yanında daimi nümayəndəsi vəzifələrində çalışıb. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də Rəşad Aslanovun Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilməsi haqqında Sərəncam imzalayıb. Türkiyə Prezidentinə Böyük Britaniya, İsveç, Kanada və Tailandın yeni təyin olunmuş səfirləri də etimadnamələrini təqdim ediblər.
{{gallery}}
Azərbaycanın Türkiyədəki yeni səfiri etimadnaməsini Rəcəb Tayyib Ərdoğana təqdim edib - FOTO Azərbaycanın Türkiyədəki yeni səfiri etimadnaməsini Rəcəb Tayyib Ərdoğana təqdim edib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər