Digər
SEPAH-dan xəbərdarlıq: Tankerləri tərk edin, hücum olacaq!
Küveyt və Bəhreyn limanları yaxınlığında bütün neftdaşıyan gəmilər hədəfə alınacaq.
Axar.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a xəbərdarlığında bildirib.
“ABŞ-ın bir neçə İran tankerini hədəfə almasına cavab olaraq, Küveyt və Bəhreyn limanları hüdudlarındakı bütün neft tankeri heyətlərinə xəbərdarlıq edirik ki, istər lövbər yerlərində, istərsə də limanlarda öz gəmilərini dərhal tərk etsinlər, çünki hədəfə alınacaqlar", - xəbərdarlıqda qeyd olunub.
Mənbə
axar.az