Cəmiyyət

Rusiyada qəza törədən azərbaycanlı müğənni təzminat ödədi

08 Sep 2026, 23:06 2 baxış
Rusiyada qəza törədən azərbaycanlı müğənni təzminat ödədi

Əslən azərbaycanlı olan tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) Moskvada aşırdığı işıqfora görə şəhərin Yol Hərəkətinin Təşkili Mərkəzinə 91.2 min rubl (1 800 manat) təzminat, həmçinin 4 000 rubl (79 manatı) dövlət rüsumu ödəyib.


Axar.az xəbər verir ki, bu barədə "Şot" Teleqram kanalı məlumat yayıb.


Vəsait təşkilatın sənətçiyə qarşı iddia qaldırmasından iki ay sonra köçürülüb.


Qeyd edək ki, Nəvai mayın 5-də Zubovski bulvarında dövlət nömrə nişanı olmayan qara "Ferrari" ilə qəzaya düşüb. İdman avtomobili yoldan çıxaraq işıqforu aşırıb. Reper özü isə avtomobili cəmi 60-65 km/saat sürətlə idarə etdiyini, maşının "pis idman təkərlərinə" görə fırlandığını bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər