Dünya
Kabarda-Balkar dağlarında uçqun: Ölənlərin sayı artdı
Rusiyanın Kabarda-Balkar Respublikasının Bezengi dərəsində uçqun altında qalaraq həlak olan alpinistlərin sayı 12-yə çatıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sentyabrın 6-dan bəri axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Oxu.Az-ın xəbərinə görə, bu barədə regional qərargahın mətbuat xidmətindən məlumat verilib. "Mütəxəssislər həyatını itirən alpinistlərdən birinin cəsədini tapıblar, beş alpinistin taleyi isə naməlum olaraq qalır. Təhlükəli kələ-kötür relyef (ərazi) və qar-buz kütləsinin təkrar uçqunu ehtimalı xilasetmə işlərini çətinləşdirir", - deyə məlumatda bildirilib. Qeyd edək ki, daha əvvəl 11 nəfərin öldüyü, 6 nəfərin yaralandığı deyilirdi. Çerekski rayonunda bələdiyyə xarakterli fövqəladə vəziyyət rejimi elan edilib. Xatırladaq ki, sentyabrın 6-da 33 alpinistdən ibarət qrup uçqun altında qalıb. 10 nəfər marşrutdan özbaşına enib, 11 nəfər həlak olub, 6 nəfər xəstəxanaya yerləşdirilib, daha 6 nəfəri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarırdılar. Hadisə ilə əlaqədar olaraq Rusiya İstintaq Komitəsi səhlənkarlıq maddəsi ilə cinayət işi açıb, istintaqa Kabarda-Balkar Prokurorluğu nəzarət edir.
Mənbə
oxu.az