Cəmiyyət
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri Şuşa şəhərinə səfər ediblər - FOTO
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri Şuşa şəhərinə səfər ediblər. Oxu.Az "Report"a istinadən xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində baş tutub. Qonaqlar Şuşaya səfər zamanı Zəfər abidəsi, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az