Kriminal

Həbs olunduğu deyilən Leyla Əhmədova haradadır?

08 Sep 2026, 17:57 4 baxış
Həbs olunduğu deyilən Leyla Əhmədova haradadır?
Modelyer Leyla Əhmədova ev dustaqlığındadır. Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar bu gün Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılıb. Modeyler özü isə Oxu.Az-a açıqlamasında həbs xəbərini təkzib edib. "Mən hazırda öz moda evindəyəm və istəsəniz, görüntülü də danışa bilərik. Yayılan məlumatın heç bir əsası yoxdur. "Yanlış məlumatdır. Xaricdə idim, telefonum sönmüşdü. Bu, mənim düşmənimin işidir, mənim atamın düşməni uğurlarımı gözü götürmədiyi üçün paxıllıqdan bunu edib. Bu il UNESCO mənə qızıl medal verib, muzeyimlə bağlı Azərbaycana gəliblər, muzeyimə baş çəkiblər, onlar da uğurlarımızın üzərinə belə bir ləkə yapışdırmağa çalışırlar", - deyə L.Əhmədova bildirib. "Sizin haqqınızda hər hansı cinayət işi açılıbmı?"- sualına cavab olaraq isə bildirib ki, heç bir cinayət işi açılmayıb. "Belə bir şey olsaydı, prokurorluq özü məlumat yayardı", - deyə L.Əhmədova qeyd edib. Əzizə İsmayılova Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Leyla Saday qızı Əhmədova külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə üçaylıq həbs qətimkan tədbiri seçilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər