Dünya
İran parlamenti ABŞ-ni Yaxın Şərq və Fars körfəzini tərk etməyə çağırdı
"Yaxın Şərqdəki mövqeyi ilə bağlı xülyalara qapılan ABŞ-yə İran tərəfindən özünü rüsvay etməmək və regiondan dərhal çıxmaq tövsiyə olunur". Oxu.Az-ın IRNA-ya istinadən verdiyi məlumata görə, bu sözləri İran parlamentinin (Məclisin) vitse-spikeri Əli Nikzad ifadə edib. "Xülyalar içində yaşayan Birləşmiş Ştatlar hökumətinə məsləhətimiz budur ki, özlərini bundan artıq biabır etməsinlər və Yaxın Şərq, eləcə də Fars körfəzi bölgəsini ən qısa zamanda tərk etsinlər", - deyə o bildirib. Vitse-spikerin sözlərinə görə, rəsmi Tehran indiyədək ABŞ-nin hərbi bazalarına və gəmilərinə endirilən zərbələr zamanı mövcud potensialının yalnız cüzi bir hissəsindən istifadə edib. Ə.Nikzad onu da əlavə edib ki, baş verən bu müharibə beynəlxalq ictimaiyyətin gözündə ABŞ-nin "saxta əzəmətini" darmadağın edib.
Mənbə
oxu.az