Dünya

Səudiyyə aviasiyası Yəmənə zərbələr endirdi

08 Sep 2026, 17:00 4 baxış
Səudiyyə aviasiyası Yəmənə zərbələr endirdi
Səudiyyə Ərəbistanının hərbi hava qüvvələri Yəmənin şimal-şərqində yerləşən Mərib əyalətinin Əl-Cüba bölgəsinə dörd aviazərbə endirib. Oxu.Az xəbər verir ki, bu barədə Yəməndəki "Ənsar Allah" hərəkatının husilərinə tabe olan "Al Masirah" telekanalı çıxış edib. İtki və yaralılar barədə hələlik heç bir məlumat verilmir. Bundan əvvəl husilər ərəb respublikasının bir neçə əyalətinə edilən hava hücumlarına görə məsuliyyəti Ər-Riyadın daşıdığını bildiriblər. Sentyabrın 8-i səhər saatlarında husilərin Səudiyyə Ərəbistanı şəhərlərinə hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla 73 nəfər xəsarət alıb. Məlumata görə, Əbha, Xamis-Müşayt, Cizan və Nəcran şəhərlərindəki mülki və iqtisadi obyektlər hədəfə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər