İdman

Azərbaycan millisi Moldovadakı turnirə məğlubiyyətlə başladı

07 Sep 2026, 19:00 2 baxış
Azərbaycan millisi Moldovadakı turnirə məğlubiyyətlə başladı
17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirindəki ilk matçında məğlubiyyətlə üzləşib. Bu barədə Oxu.Az-a AFFA-dan məlumat verilib. Kişinyov şəhərində yerləşən "Technical Center of FAM"da təşkil olunan qarşılaşma Moldovanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Azərbaycan millisi turnirdə daha iki oyun keçirəcək. Yığma sentyabrın 9-da Moldovanın U-18, sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək. Hər iki görüş Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər