Kriminal

İrigövdəli ağac avtomobilin üzərinə aşdı

07 Sep 2026, 19:13 3 baxış
İrigövdəli ağac avtomobilin üzərinə aşdı

Cəlilabad rayonunda irigövdəli ağacın aşması nəticəsində avtomobilə ciddi ziyan dəyib.


Axar.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Güclü külək nəticəsində irigövdəli ağac yolda hərəkətdə olan, 77-BQ-470 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin üzərinə aşıb.


Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.


Qeyd edək ki, magistralın digər istiqamətində də irigövdəli ağacların aşması nəticəsində analoji hadisə baş verib.


Aşan ağaclar yolun hərəkət hissəsini bağladığından magistralda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.


Hazırda aşan ağacların yoldan kənarlaşdırılması və nəqliyyatın hərəkətinin bərpası istiqamətində iş aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər