Digər

İsveç ABŞ-dan HİMARS sistemləri alır

07 Sep 2026, 19:26 3 baxış
İsveç ABŞ-dan HİMARS sistemləri alır

İsveç ABŞ-dan 10 ədəd M142 HİMARS reaktiv yaylım atəşi sistemi alacaq.


Axar.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirib.


Nazirin sözlərinə görə, sazişin dəyəri təxminən 7 milyard İsveç kronu (728,8 milyon dollar) təşkil edəcək.


Saziş çərçivəsində döyüş sursatları da alınacaq.


Tədarüklərin 2027-ci ildən başlaması gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər