Digər
Rusiya “İsgəndər”i təkmilləşdirir: 1500 km məsafə...
Rusiya 1500 kilometrə qədər məsafəni vurmaq üçün “İsgəndər” raketlərini təkmilləşdirir.
Axar.az xəbər verir ki, bu barədə “eRadar” nəşri məlumat yayıb.
Məlumata görə, bu cür raketlərin buraxılışlarına oktyabr-noyabr aylarında başlamaq planlaşdırılır.
“Lvov, Ujqorod daxil olmaqla, Ukraynanın bütün şəhərləri potensial olaraq hücuma məruz qala bilər”, - məlumatda bildirilib.
Mənbə
axar.az