Digər
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu
Ukraynanın Müdafiə Qüvvələri Rusiya tərəfindən işğal edilmiş bölgələrdə bir sıra hərbi obyektlərə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Vurulan hədəflər arasında Krım yarımadasının Vladislavivka rayonu ərazisində Şimali Krım kanalı üzərindəki dəmir yolu körpüsü də var. Rusiyanın bundan hərbi məqsədlər üçün istifadə etdiyi bildirilib.
Mənbə
axar.az