Digər
Antalyaya gedən turistlərin sayı azaldı
Antalyaya gedən turistlərin sayı ilin ilk səkkiz ayında 6 faiz azalaraq, 10,7 milyona düşüb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” nəşri məlumat yayıb.
“Pul baxımından turizm sənayesi 600-700 milyon avro itirib. Göstərilən səbəblərə qiymətlərin artması, valyuta məzənnəsindəki tarazlığın pozulması və Avropada Türkiyənin bahalı bir yer olduğuna dair artan təsəvvürlər, Rusiya-Ukrayna müharibəsi, Hörmüz boğazındakı gərginlik daxildir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, xaricdə yaşayan və tətilini Antalyada keçirən türkiyəlilərin sayında da 2 faiz azalma müşahidə olunub. Ötən ilin 8 aylıq dövründə Antalyaya xaricdən 718 min türkiyəli gəmişdisə, bu il bu rəqəm 706 minə düşüb.
Mənbə
axar.az