Siyasət

Vladimir Putin İlham Əliyevə zəng edib

07 Sep 2026, 13:13 3 baxış
Vladimir Putin İlham Əliyevə zəng edib
Sentyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Oxu.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər. İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər