İdman

Məşhur futbolçu "Fiorentina"nın yeni baş məşqçisi olur - FOTO

07 Sep 2026, 09:48 2 baxış
Məşhur futbolçu "Fiorentina"nın yeni baş məşqçisi olur - FOTO
İtaliyanın "Fiorentina" klubu yeni baş məşqçisini müəyyənləşdirmək üzrədir. Oxu.Az xəbər verir ki, Florensiya təmsilçisi Tiaqu Motta ilə müqavilə imzalamağa yaxındır. Məlumata görə, 44 yaşlı mütəxəssislə danışıqlar yekun mərhələyə çatıb və tərəflərin yaxın zamanda anlaşma əldə etməsi gözlənilir. Tiaqo Motta son olaraq "Yuventus"a rəhbərlik edib. İtaliyalı çalışdırıcı 2025-ci ilin martında Turin klubundan ayrılıb. Onun rəhbərliyi altında komanda 42 oyuna çıxıb, 18 qələbə qazanıb, 16 heç-heçə edib və 8 dəfə məğlub olub. Motta daha əvvəl "Bolonya"nı A Seriyasında 5-ci pilləyə yüksəldib. O, həmçinin "Spetsiya" və "Cenoa" klublarında baş məşqçi kimi fəaliyyət göstərib. Qeyd edək ki, "Fiorentina"nın əvvəlki baş məşqçisi Fabio Qrosso 2026/27 mövsümündə komandanın ardıcıl üç məğlubiyyətindən sonra vəzifəsindən ayrılıb.
Məşhur futbolçu "Fiorentina"nın yeni baş məşqçisi olur - FOTO Məşhur futbolçu "Fiorentina"nın yeni baş məşqçisi olur - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər