Rusiya çıxılmaz vəziyyətdə: Bu ölkəyə zərbə endirilə bilər
Rusiya Ukraynadakı qoşunları üçün vəziyyətin pisləşməsi fonunda NATO ölkələrinə qarşı təhlükəli təxribat hazırlaya bilər. Potensial zərbə istiqamətlərindən biri Rusiya ilə birbaşa sərhəddə yerləşən Estoniyanın Narva şəhəridir.
Axar.az xəbər verir ki, bu barədə "Globalist” üçün yazdığı məqaləsində Avropa Komissiyasının keçmiş rəsmisi Jak Lafitt bildirib.
Lafitt cəbhədəki vəziyyətə diqqət çəkib:
"Rusiya ordusu yalnız iyul və avqust aylarında təxminən 80 min hərbçisini itirib, Ukraynadakı qoşun qruplaşmasının sayı isə təxminən 750 mindən aşağı düşüb.
Son aylarda Rusiya qoşunları Dnepropetrovsk vilayətindən sıxışdırılıb çıxarılıb, həmçinin bir sıra istiqamətdə, xüsusilə Liman ətrafında təzyiqlə üzləşib.
Bu fonda Moskvanın vəziyyəti kökündən dəyişmək üçün faktiki olaraq asan yolu yoxdur. Real variantlar arasında isə Ukraynanın mülki əhalisinə qarşı zərbələrin intensivləşdirilməsi, Avropaya qarşı hibrid müharibənin fəallaşdırılması və yeni səfərbərliyin elan edilməsi var. Məhz səfərbərlik döyüş meydanındakı vəziyyətə ən çox təsir göstərə biləcək addım olardı".