Digər
Ukraynada Kuşner və Uitkoff üçün türk yeməkləri hazırlandı
ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffun Ukraynaya səfəri zamanı Krım-tatar mətbəxinin yeməkləri hazırlanıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dəmir Yolları məlumat yayıb.
Məlumata görə, menyuya Krım-tatar çörəyi olan otmek, tərəvəz boşqabı, dilimlənmiş ətlər, kiçik soyuq qəlyanaltılar dəsti olan məzə assorti, Krım yay salatı, Baxçasaray kababı və quru meyvələrdən hazırlanmış ənənəvi kompot – hoşaf daxil edilib.
Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff dünən təyyarə ilə Moskvadan Polşanın Jeşuv şəhərinə, oradan isə qatarla Ukraynaya səfər ediblər.
Mənbə
axar.az