Cəmiyyət

Həndbolçuların məşq və maaş problemi: Federasiyanın zalı niyə bağlanır? - VİDEO

06 Sep 2026, 21:24 2 baxış
Həndbolçuların məşq və maaş problemi: Federasiyanın zalı niyə bağlanır? - VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaşlar "ABU Arena"nın daxilində yerləşən Azərbaycan Həndbol Federasiyasının zalının bağlanacağını bildiriblər. İddialara görə, idmançıların yeddi aydır maaşları ödənilmir. Vətəndaşların sözlərinə görə, onlar məzuniyyətdən qayıtdıqdan sonra zalın bağlanacağını öyrəniblər.

Hazırda idmançıların zala girişinə də icazə verilmədiyi bildirilir. İdmançılar və valideynlər yaranmış vəziyyətdən narazıdırlar. Onlar məşqlərin və maaş ödənişlərinin nə vaxt bərpa olunacağını, eləcə də idmançıların gələcək taleyinin necə olacağını bilmədiklərini deyirlər. "500-600-dən çox gənc çöldə qalıb. Əvvəl bilirdik ki, həftənin beş günü məşqdədirlər. Arxayın idik ki, saat 7-dən 9-a kimi məşq edirlər. İndi bu cavan uşaqlar nə ilə məşğul olsunlar?!" - valideynlərdən biri bildirib. "Altı aydır ki, məşq etmirik. Zalımızı əlimizdən alıblar", - həndbolçu Aytən Eminova deyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər