İdman

"Qarabağ"dan növbəti qələbə...

06 Sep 2026, 22:24 4 baxış
"Qarabağ"dan növbəti qələbə...

"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.


Axar.az xəbər verir ki, Ağdam təmsilçisi IV turda "Araz-Naxçıvan"ı məğlub edib.


Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:2 hesabı ilə bitib.


"Köhlən atlar"ın heyətində 8-ci dəqiqədə Joni Montiel, 67-ci dəqiqədə Renaldo Sefas, 89-cu dəqiqədə Musa Qurbanlı fərqlənib. Qonaqların heyətində Luka Dumançiç 72-ci, Ağadadaş Salyanski 90+3-cü dəqiqədə adını tabloya yazdırıb.


Bu nəticədən sonra xallarının 9-a çatdıran "Qarabağ" üçüncü pillədə qərarlaşıb. Komandanın ehtiyatda bir matçı da var. Naxçıvan klubu 1 xalla 11-ci sıradadır.


Günün ilk görüşündə "Turan Tovuz" "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib.


Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" "Kəpəz"i (4:1), "Sabah" "Zirə"ni (5:0), "Neftçi" "Şəfa"nı (4:1) məğlub edib.

Mənbə axar.az

Oxşar Xəbərlər