İdman
"Qarabağ" "Araz-Naxçıvan"dan üstün oldu
"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb. Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi IV turun son matçında "Araz-Naxçıvan"ı məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:2 hesabı ilə bitib. "Köhlən atlar"ın heyətində 8-ci dəqiqədə Joni Montiel, 67-ci dəqiqədə Renaldo Sefas, 89-cu dəqiqədə Musa Qurbanlı fərqləniblər. Qonaqların heyətində Luka Dumançiç 72-ci, Ağadadaş Salyanski 90+3-cü dəqiqədə adlarını tabloya yazdırıblar. Bu nəticədən sonra xallarının 9-a çatdıran "Qarabağ" üçüncü pillədə qərarlaşıb. Komandanın ehtiyatda bir matçı da var. Naxçıvan klubu bir xalla 11-ci sıradadır. Qeyd edək ki, günün ilk görüşündə "Turan Tovuz" "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib. Xatırladaq ki, turun əvvəlki matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" "Kəpəz"i (4:1), "Sabah" "Zirə"ni (5:0), "Neftçi" "Şəfa"nı (4:1) məğlub edib.
Mənbə
oxu.az