Dünya

Türkiyənin qadın voleybolçuları ardıcıl ikinci dəfə Avropa çempionu oldular

06 Sep 2026, 22:48 2 baxış
Türkiyənin qadın voleybolçuları ardıcıl ikinci dəfə Avropa çempionu oldular
Türkiyənin qadınlardan ibarət voleybol milli komandası 2026-cı il Avropa çempionatının finalında İtaliyanı məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu olub. Oxu.Az xəbər verir ki, İstanbulda keçirilən final qarşılaşmasında Türkiyə millisi 3:2 hesabı ilə qalib gəlib. İlk setdə İtaliya 25:16 hesabı ilə üstün olsa da, Türkiyə ikinci setdə 25:22 hesabı ilə oyuna bərabərlik gətirib. Üçüncü setdə 25:12 hesabı ilə İtaliya, dördüncü setdə 25:21 hesabı Türkiyə milliləri üstün olublar. Oyunun taleyinə beşinci, həlledici setdə aydınlıq gəlib. Türkiyə bu setdə 15:10 hesabı ilə qalib gələrək görüşü 3:2 hesabı ilə başa vurub və Avropa çempionu titulunu qoruyub. Qeyd edək ki, Türkiyənin qadınlardan ibarət voleybol milli komandası 2023-cü ildə Avropa çempionu olmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər