Dünya
Husilər Yəməndə Səudiyyə Ərəbistanına məxsus PUA vurdular
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı (husilər) Səudiyyə Ərəbistanına məxsus "Wing Loong II" kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını Yəmən səmasında vurub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib. Husilərin nümayəndəsinin sözlərinə görə, pilotsuz uçuş aparatı səhər saatlarında ölkənin cənub-qərbində yerləşən Taiz vilayətinin Makbanna rayonunun hava məkanında vurulub.
Mənbə
oxu.az