Dünya

İngiltərə Premyer Liqası: London derbisində "Arsenal" qalib tərəf oldu - VİDEO

06 Sep 2026, 21:48 2 baxış
İngiltərə Premyer Liqası: London derbisində "Arsenal" qalib tərəf oldu - VİDEO
İngiltərə Premyer Liqasının 3-cü turunda London derbisi baş tutub. Oxu.Az xəbər verir ki, "Emireyts" stadionunda "Arsenal" "Çelsi"ni qəbul edib. Görüş 2:1 hesabı ilə "topçular"ın qələbəsi ilə başa çatıb.

İkinci dəqiqədə Morqan Rocers bu oyunda hesabı açaraq "Çelsi"ni önə keçirsə də, 25-ci dəqiqədə Kay Haverts hesabı bərabərləşdirib. 50-ci dəqiqədə Martin Edeqor "Arsenal"ın qələbəsini təmin edib. Bu oyundan sonra "Arsenal" turnir cədvəlində 9 xalla ikinci pillədə qərarlaşıb. "Çelsi" isə 6 xalla dördüncü yerdədir. Növbəti turda "topçular" sentyabrın 12-də "Sanderlend"lə, "mavilər" isə "Hall Siti" ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər