Dünya
Uitkoff: "ABŞ, Rusiya və Ukrayna görüşü barədə yaxın zamanda açıqlama veriləcək"
"ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin münaqişənin tənzimlənməsi ilə ilə bağlı görüşü barədə yaxın zamanda açıqlama veriləcək". Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib. Diplomat Moskva və Kiyevdə keçirilən danışıqları müsbət qiymətləndirib. O, həmçinin bildirib ki, ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla nizamlanmasına nail olmağa çalışır və hərbi yolu üstünlük verilən üsul hesab etmir. "Biz bu münaqişənin hərbi deyil, diplomatik yolla həllinə çalışırıq. ABŞ Prezidenti Donald Tramp həmişə məhz buna nail olmağa çalışır və Cared Kușnerlə birlikdə məhz buna görə Kiyevdəyik", - deyə Uitkoff bildirib.
Mənbə
oxu.az