İdman

Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi - VİDEO

06 Sep 2026, 20:08 2 baxış
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi - VİDEO
Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib. Oxu.Az xəbər verir ki, "Turan Tovuz" öz meydanında "Sumqayıt" komandasını qəbul edib. Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə Jorje Silva fərqləniblər. Qonaqların qolunu 9-cu dəqiqədə Ronaldo Vaskes vurub. Bu turdan sonra xallarının sayını 7-yə çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. "Kimyaçılar" sıfır xalla sonuncu - 12-ci sırada qalıblar. Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Xatırladaq ki, turun əvvəlki matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" "Kəpəz"i (4:1), "Sabah" "Zirə"ni (5:0), "Neftçi" "Şəfa"nı (4:1) məğlub edib.
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər