İdman
Milyonlar havaya sovrulur? - "TOP-al" transfer bazarının pərdəarxasını açır - VİDEO
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışı bu dəfə futbol dünyasında qalmaqallı və rekordlarla yadda qalan transfer pəncərəsinə həsr olunub. Buraxılışda transfer bazarında baş verən son hadisələr, klubların heyət quruculuğu, rekord məbləğlərə reallaşan keçidlər və böyük pulların qarşılığını verib-verməyəcək futbolçular müzakirə olunub.
Premyer Liqada "Mançester Siti", "Çelsi" və "Liverpul"un transfer siyasətinə xüsusi diqqət yetirilib. Enzo Fernandes, Bredli Barkola və Morqan Rocers kimi ulduzların yüksək məbləğlər qarşılığında transfer olunması da müzakirə mövzusu olub. Bəs bu transferlərdən hansı özünü doğruldacaq? Hansı klub transfer pəncərəsindən daha güclü çıxdı? Rekord məbləğlər futbolun inkişafına xidmət edir, yoxsa artıq şişirdilmiş qiymətlərdən söhbət gedir? Azərbaycan futbolunda "Qarabağ"ın transfer siyasəti, Premyer Liqa klublarının yay transfer dönəmində atdığı addımlar və avrokubok nəticələrinin heyət quruculuğuna təsiri də "TOP-al"da müzakirəyə çıxarılıb. Bütün bunlara və daha çoxuna "TOP-al"ın yeni buraxılışında cavab tapmaq mümkündür.

Mənbə
oxu.az