İdman
Messinin məhsuldar ötürmə etdiyi oyunda komandası xal itirdi - VİDEO
MLS-in müntəzəm çempionatının növbəti oyununda "İnter Mayami" və "Atlanta Yunayted" komandaları qarşılaşıblar. Oxu.Az xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Oyunda hesabı 32-ci dəqiqədə Lionel Messinin ötürməsindən sonra "İnter Mayami"nin yarımmüdafiəçisi Kazemiro açıb. Üç dəqiqə sonra Miqel Almiron "Atlanta Yunayted"in cavab qolunu vuraraq hesabı bərabərləşdirib. Fasiləyə az qalmış meydan sahibləri yenidən önə keçiblər. 45+1-ci dəqiqədə Tyasko Seqoviyanın ötürməsini Luis Suares qolla tamamlayıb. Lakin "Atlanta Yunayted" 87-ci dəqiqədə məğlubiyyətdən qaçmağı bacarıb. Bril Embolo təyin olunan penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib - 2:2. Bu nəticədən sonra "İnter Mayami" 43 xalla Şərq Konfransında ikinci pillədə qərarlaşıb. 22 xalı olan "Atlanta Yunayted" isə sondan əvvəlki - 14-cü sırada yer alır.

Mənbə
oxu.az